3 Yanvar 2015 13:45
1 386

Türkiyənin Antalya şəhərində qış fasiləsindən istifadə edərək, məşqlərini keçirməyə gələn Almaniyanın futbol üzrə 3-cü liqa komandası olan “MSV Duisburg” xoşagəlməz halla qarşılaşıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, onlar rezerv saxladığı oteldə qalmaqdan imtina ediblər. Buna səbəb kimi futbolçular onların qalacağı oteldə Rusiyadan gələn 400 modelin də yerləşdirilməsini göstəriblər. Rus modellər bura gözəllik müsabiqəsinə qatılmaq üçün gəliblər.

Kişilərdən ibarət futbol komandasının baş məşqçisi idmançıların mövsümün ikinci yarısına sakit şəkildə hazırlaşmaq üçün bu addımı atdıqlarını qeyd edib.

Samir


Müəllif:
loading...