Ailənizin tək, ilk, ortancıl və ya son uşağı olmağınız xarakterinizə təsir edir. Doğum sırasının xarakterinizə verdiyi müsbət və mənfi tərəfləri bu cür sıralanır:
Evin tək uşaqları
Müsbət yönləri: Evin tək uşağı olanlar dünyanın ən böyük hərəkətliləridir. İşləri yönləndirən, yaxşı təşkilatçı, çox məsuliyyətli, diqqətli və etibarlı şəxslərdir. Həqiqətləri, ideyaları, detalları, məsuliyyəti sevirlər.
Mənfi yönləri: Evin tək uşaqları yönləndirilən xaraterə malikdirlər. Adətən ətrafındakıara diqqət göstərməz, daha çox sevgiyə ehtiyac duyar və səhvlərini etiraf etməyi sevməzlər. Tənqidi də sevmirlər. Bəziləri isə çox həssas görünürlər, qəlbləri tez qırılır.
İlk uşaqlar
Müsbət yönləri: Liderliyi sevirlər. Adətən duyğularyla hərəkət edirlər. Fədakar və əlaçıqdırlar, aqressivdirlər. Hər iki şeyi idarə etmək üçün fərqli metodlardan istifadə edirlər. Bir qayda olaraq ilk doğulanlar seçilmiş, qüsursuz şəxslərdir. Ən incə detallara belə diqqətlə yanaşmağı sevirlər. Dəqiq, təşkilatçı və qabiliyyətlidirlər. Bəzi şeyləri ilk dəfə özləri etmək istəyərlər. Sürprizləri çox da sevmirlər.
Mənfi yönləri: Xasiyyətləri tez-tez dəyişir, dəymədüşərdirlər. İnsanları təhrik edən, risqə gedən olurlar. Öyud-nəsihət dinləməyi sevməzlər. Bəzən “mən hər şeyi bilirəm” tərzində davranırlar. Təmsilçilikdə zəif, özlərinə inandıqları qədər digər insanlara inanmazlar.
Ortancıl uşaqlar
Müsbət yönləri: Ortancıllar adətən ünsiyyətcil, insanların məmnuniyyətinə önəm verən və nifrət hiss etsələr də, buna çox önəm verməzlər. Onlara görə sülhün heç bir qarşılığı yoxdur. Adətən çox sakitdirlər, yolagedən, yaxşı dinləyicidirlər. Problemin hər iki yönünü görəbilmə qabiliyyətinə sahibdirlər. Hər kəsi xoşbəxt etmək istəyərlər. Çox yaxşı vasitəçi və müsahibdirlər.
Mənfi yönləri: İlk doğulanlardan daha az yönləndiricidirlər. Hərkəsin onlardan məmnun olmasını təmin etmək və daha az xoşbəxt etmək istəyi var. İnsanlarla münasibətdə sərhədəri müəyyənləşdirməkdə çətinlik çəkirlər. Başqalarını əsəbləşdirmədən düzgün qərərlar verə bilmirlər.
Sonbeşiklər
Müsbət yönləri: Güclü insanlara xas qabiliyyətlərə sahibdirlər, əylənməyi, insanlarla danışmağı çox sevirlər. heç yerdə yadlıq hiss etməzlər, bir yerə getdiklərində özlərini evində hiss edə bilərlər. Digər insanlara enerji verən və risq almaqdan qorxmayan tiplərdir.
Mənfi yönləri: Bir az eqoist, özünü düşünəndirlər. Real olmayan ümidləri səbəbiylə zaman-zaman üzülə bilərlər. Bu səbəbdən münasibətləri uzun çəkmir. /atvxeber.az/