4 Yanvar 2015 16:23
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu maraqlı hadisə Bursa şəhərində baş verib.

Belə ki, Musa Akça adlı Bursa sakini Yeni il öncəsi lotoreya bilet alıb. Bileti internet üzərində yoxladığı zaman 500 min lira pul qazandığını görüb və ailəsi birgə sevinməyə başlayıb.

Amma sonradan vəziyyət dəyişib. Çünki həmin bileti 3 saat sonra bir daha yoxladıqda, 1 lira belə qazanmadığını görən adam, şoka düşüb.

Və vəkil tutaraq, lotoreya şirkətini məhkəməyə verib. Çünki kompüterdə bileti yoxladığı zaman, 500 min lira udduğu yazılan bildirişin fotosunu çəkib. Sonradan isə rəqəmlərin dəyişdiyini gördükdə, şübhələnib.

M.Akça hadisə haqda bu sözləri deyib: "Mən biletin 500 min lira qazandığını görəndə gözlərimə inanmadım. Bir neçə dəfə yoxladım. Dəyişən bir şey yox idi, mən 500 min liranın sahibi idim. Kredit borclarımı ödəyəcəkdim, normal ev alacaqdım. Amma mənə qarşı saxtakarlıq edilib. Üç saat sonra rəqəmləri dəyişdilər. Buna görə də, sona kimi haqqımı tələb edəcəyəm".


Müəllif:

Oxşar xəbərlər