4 Yanvar 2015 22:00
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Elvis Presliyə məxsus iki şəxsi təyyarə Kaliforniyada "Julien’s Auctions" hərracında satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, hər iki təyyarəni Presli 1975-ci ildə - ölümündən 2 il öncə alıb. Müğənninin qızının şərəfinə adlandırdığı "Lisa Marie" adlı təyyarədə hovuz və yataq otağından başqa, konfrans zalı, bar, xüsusi video-sistem də var. Bütün bunlar üçün ulduz ifaçı 300 min dollar xərcləyib. Bu təyyarə 15 milyon dollara satışa çıxarılacaq. 28 yerlik "Hound Dog II" sərnişin təyyarəsinin ilkin qiyməti isə 10 milyon dollardan başlayır.

Qeyd edək ki, rok-n-rol kralının ölümündən sonra təyyarələr onun Qreyslenddəki malikanəsində nümayiş olunurdu.

Rüstəm

Elvis Preslinin təyyarələri satışa çıxarılıb


Müəllif: