Avstraliyanın Melburn şəhərində yaşayan Nikol Graham qızıyla birlikdə ata minmək üçün sahilə gedəndə başına nə gələcəyindən xəbərsiz idi. O, ağlına da gətirməzdə ki, sahil gəzintisi bir anda kabusa çevrilə bilər.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Grahamın 18 yaşlı Astro adlı atı bir anda dərin batalığa düşüb. Graham xəbərdar etməyə fürsət tapmamış, onun qızı və atı palçığa saplanıb. Graham palçıqdan xilas olub, daha sonra qızını qurtarmağı bacarıb. Ancaq o, çox çalışsa da, Astronu heç cür palçıdan çıxara bilmirdi...
Graham 3 saat atının yanında qalıb. Astro palçığa batdığı üçün çapalayır, bu isə onun daha dərinə batmasına səbəb olurdu. Ancaq Graham xilasedicilər gələnə qədər atının başından bir an belə ayrılmayıb.
Bu, sanki zamana qarşı bir yarışdı. Axıntı səbəbindən sular qısa müddət ərzində yüksələcəkdi və atı zamanında qurtara bilməsəydilər, o, boğulacaqdı.
Bir müddət sonra xilasedicilər, baytarlar və ətrafdakı bir cütçü hadisə yerinə gəldi. Cütçü kömək üçün traktoru ilə gəlmişdi. Atı xilas etmək üçn oraya xilasedicilərin vertolyotu belə gəldi.
Astronun xilası üçün fərqli üsullar sınaqdan keçirildi. Ancaq atı çıxarmağı bacmadılar...
Artıq axının yüksəlməsinə çox az qalmışdı və palçığa batan at boğulacaqdı.Axına qarşı döyüşdüklərinin fərqində olan xilasedicilər işlərini sürətləndirdilər.
Və nəhayət, sevinc dolu anlar... 453 kiloqramlıq at 3 saatdan sonunda sıxışdığı yerdən çıxarıldı.
Traktorun sayəsində Astro palçıqdan çıxarılsa da, bir problem var idi. Sakitləşdiricilər və saatlar sürən yorğunluğun ardından at bir anda yerə yıxıldı.At və sahibi Graham bir müddət sahildə qalıbyorğunlularını çıxarmalı idilər...
Graham və atı bir az dincəldikdən sonra evə yol aldılar. At susuz olsa da, başqa bir problem yox idi. Grahman indi Astronun tamamilə yaxşılaşmasını gözləyir.
Nihad