QOÇ - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların reallaşacağı gözlənilir. Qonaq getmək ehtimalınız da var. Amma gərək gecəni öz evinizdə keçirəsiniz.
BUĞA - Günün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünki sizə qarşı təxribat hazırlandığı güman olunur. Nahardan sonrakı ərəfəni isə bütünlüklə ailə-sevgi məsələlərinə həsr edin.
ƏKİZLƏR - Yeni simalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünsə də.
XƏRÇƏNG - Şəxsi işlərinizdə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlənilir.
ŞİR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.
QIZ - Səhər saat 03:57-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün yeni, riskli və ağlınız kəsməyən işlərdən imtina etməlisiniz. Əgər dinimizə riayət etsəniz, uğurlarınız yaxınlaşacaq.
TƏRƏZİ - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinizə ola bilər. Özünüzü hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.
ƏQRƏB - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafınızda olan hər şey ürəyinizcə olacaq. Ulduzlar günün ikinci yarısını gəzinti və əylənəcələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.
OXATAN – Göy qübbəsi bu təqvimdə bütün külli-ixtiyarı öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!