9 Yanvar 2015 20:45
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb.

Teleqraf.com-un Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.

Aradakı fərqi azaltmaq üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.

Qeyd edək ki, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin getdikcə azalması səbəbindən 1972-ci ildən bəri saatlara 26 dəfə artıq saniyə əlavə edilib.


Müəllif:

Oxşar xəbərlər