9 Yanvar 2015 23:35
985
12 Punto 14 Punto 16 Punto 18 Punto
3D rəsmçəkmə ən böyük dizayner istiqamətlərindən biridir. Lakin ötən il bu sahə, demək olar ki, ümidsiz bir şəkildə zəifləyib.
Teleqraf.com ICTnews-a istinadən bildirir ki, bazarda rənglərin vurulması üçün istifadə edilən 3D tabaşirlərin istehsalçısı 3Doodler 50 qram çəkidə yeni təkmilləşdirilmiş qələm versiyasını təqdim edib.
3Doodler 2.0 orijinal modelin dəyişdirilməsini başa çatdırıb, hansı ki, Kickstarter yerləşdirildikdən sonra 130 min nüsxədə satılıb. Modifikasiya edilmiş qələm plastiki qızdırır və kəskin şəkildə soyudur. Bununla şəkillər havada canlanır və orijinaldan iki dəfə daha yüngül olur.
Dəyişən sürət və hərarət, dəyişdirilmiş taxma və enerjinin daha az sərfiyyatı kimi xüsusiyyətlər qələmi rahat və sərfəli edir. İstehsalçılara istinadən demək olar ki, bu, dünyada ən kiçik 3D qələmidir.
Bir neçə həftəyə qələmin Kickstarterdə 30 min dollar səviyyəsində müəyyən edilmiş maliyyə məqsədini ötərək 300,000 dollara çatıb. 3Doodler 2.0 50 dollara almaqla fevralda əldə etmək olar.

Müəllif:

Oxşar xəbərlər