Stiv Cobsun “dişlənmiş alma”sı təkcə tanınmış şirkətin deyil, həm də digər müasir texnologiyaların rəmzinə çevrilib. Bu dəfə dişlənmiş meyvə formasında kofe fincanı təqdim olunub.
Teleqraf.com xəbər verir ki, qeyri-adi fincanın dizaynı vankuverli Tomislav Zvonarica məxsusdur. Fincan USB-portla təmin edilib və bu, kofenin qabda isti qalmasına imkan verir. iCup-ın qızdırılmasını adi şəbəkədən, eləcə də kompüterin USB-portundan işə salmaq olar. Lazım olan temperaturu modelin içində quraşdırılmış xüsusi disk təmin edir.
Apple iCup-ların ağ, qara, tünd qırmızı və açıq yaşıl rənglərdə buraxılması nəzərdə tutulub.
Rüstəm