Yaddaşınız güclü deyilsə, bunun bir neçə səbəbi ola bilər. Yaddaşınızın zəifləməsinin aşağıdakı səbəbləri olar bilər.
Yuxusuzluq
Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur.
Çoxlu fotoşəkil çəkmək
Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi?
Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.
Həddindən artıq spirt istehlakı
Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər.
Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır.
Stress altında olmaq
Təzyiq altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş itkisi kimi xəstəliklərlə əlaqələndirilər. Iowa Universitetində edilən bir araşdırmaya görə, həddindən artıq stress beyindəki ünsiyyəti qoparır və yaddaşımızın işlənməsinə mane olur.
Mütəxəssislər yaddaşı gücləndirmək üçün rasiona qızıl balıq, günəbaxan toxumu, çöl mərsini və yağsız ət daxil etməyi tövsiyə edirlər.
Yaxşı bir omeqa 3 yağ turşusu qaynağı olan somon balığı eyni zamanda zülal anbarıdır. Kətan toxumu, qoz, somon balığı, soya paxlası, krevet, və qış balqabağı kimi qidalar da omeqa 3 yağ turşuları ehtiva edir.
Mütəxəssislər günəbaxan tumlarının E vitamini baxımından zəngin olduğu üçün yalnız 30 qramının gündəlik ehtiyacınızın yüzdə 30-unu qarşıladığını söyləyirlər. Ayrıca E vitamininin yaşa bağlı olaraq yaddaşın zəifləməsini azaltmağa köməkçi olduğu ifadə edilir. Digər E vitamini qaynağı yeməklər isə bunlardır: Buğda yağı, quru badam, aspir yağı, fındıq, yer fındığı əzməsi, ispanaq, brokoli kələmi, kivi və manqo.
Bütün mərsin meyvələri sağlamlığa faydalı olduğu kimi, çöl mərsininin də yaddaşı gücləndirməyə təsiri var. Onun tərkibindəki maddələr yaşa bağlı yaddaş zəifliyini əngəlləməyə qadirdir.
Yağsız ət də tərkibində olan dəmirə görə, yaddaşınızı inkişaf etdirməkdə faydalıdır. Ət istehlakının az olması vəziyyətində dəmir əskikliyi beyin funksiyalarına mənfi təsir edər, öyrənmə qabiliyyətini zəiflədər, hətta Alzheimer xəstəliyinin inkişaf riskini artırar.(tabloid.az)