12 Yanvar 2015 07:23
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç

21 mart – 20 aprel

Eqo termininə ən çox ehtiyac duyan bürc. Kişi çoxbilmiş, xanım isə buz olur. Ən qabaqda olacağam deyə etməyəcəyi iş yoxdur. Yataqda, eşqdə, işdə, gücdə ən eqoist bürcdür.

Qarşısındakının xətrinə dəydikdə belə anlamayan bürcdür. Asanlıqla heç nə bəyənməz. Əsla üzr istəməz. Onlara qalsa dünyada hər kəs bacarıqsız, bir özü bacarıqlıdır! Millətə nəsihət verər, çoxbilmişlik kimi əlamatlər göstərər.

Buğa

21 aprel – 21 may

Praktik deyil. Astagəldir. Hərəkətə keçməsi üçün arxasından həmişə kiminsə təkan verməyi lazımdır.

Deyiləni birinci dəfədən anlamır, 10 dəfə təkrarlamaq lazımdır.

Əkizlər

22 may – 21 iyun

Uzaq dayanmaqda fayda vardır. Yaman çox danışan olurlar. Söhbətə başlayan zaman asanlıqla əlindən qurtula bilməzsən.

İsti qanlı, sevimlidir ancaq bir az da eqoistdir.

Xərçəng

22 iyun – 22 iyul

Xərçənglər ssevimli və başqalarının problemləriylə maraqlanan görünməyə çalışan, son dərəcə süni tiplərdir. Tənbəldir, bir iş edəcəyəm deyə deyinəndir.

Bir az da safdır. Saxtadır və asan aldadılandır.

Şir

23 iyul – 23 avqust

Bəli kiçik şircik, sən özünü dünyanın zirvəsindəki qüsursuz insan sanmağa davam et, millət is sənlə lağ etməyə davam etsin!

Tənqidlə heç razılaşmayan, özünü bəyənmiş Aslan parçası, həyatının geri qalanını aynada özünü seyr edərək keçir.

Qız

24 avqust-23 sentyabr

Elə vasvasıdır ki, yorar insanı. Nizamlı, tərtibli olacaq deyə rahat durmur. Onun çox vasvasılığı eyni zamanda qarşısındakını da dəli edir. Dili də əcaib itidir.

Soyuq bir insandır.

Tərəzi

24 sentyabr -23 oktyabr

Sənətçi ruhludur. O səbəblə də tamam ayrı tərzdə yaşayar. Belə insanın iş tapması da çox asan deyil, ömürünün sonuna qədər gəzmək istəyər. Gözəl olacağam deyə özünü yorar.

Bir az da balanssızdır.

Əqrəb

24 oktyabr -22 noyabrAdamı Əqrəb kimi sancar. Qısqanclıq böhranlarına tez-tez girər. Eşqdə, yataqda, işdə, əlaqələrdə sərt bir tutumu vardır.

Duyğusuzdur.

Oxatan

23 noyabr -21 dekabr

Hər şeyin yaxşı tərəfini görən şən biridir. Qabiliyyətsizliyini də başqa cür örtə bilməz. İşi çox sevməz. İşi gücü gəzməkdir.

Ona görə həyat yalnız əyləncədən ibarətdir.

Oğlaq

21 dekabr 20 yanvar

Ən duyğusuz bürcdür. Divar kimidir. Reaksiyasızdır. Həddindən artıq maddiyyətçidir. Xəsisdir.

Risk etməkdən qaçar, buna baxmayaraq iş həyatında da tutduğunu qopardır.

Dolça

20 yanvar – 19 fevral

Bir şeyi əldə etmək üçün hər cür yalanı söyləyər, amma yalan danışmağı da bacara bilməz. Mənfəətçidir bir az. Özünü bəyənmişdir. Dedi-qoduçudur.

Mənfəəti üçün etməyəcəyi şey yoxdur.

Balıqlar

20 fevral – 20 mart

Romantik olduğundan, onu əldə etmək asandır. Xəyal gücü çox inkişaf etmişdir. Bəzilərinin arxasında olduğunu düşünə-düşünə başı yemək tələsinə gələn balıqlar çoxdur. Balıqlar haqqında məncə əlavə şərhə ehtiyac yoxdur.


Müəllif: