17 Yanvar 2015 17:59
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq Con Qrey “Kişilər Marsdan, qadınlar isə Veneradan…” kitabını əbəs yerə yazmayıb. Həqiqətən də, bəzən nə kişilər qadınları, nə də qadınlar kişiləri anlaya bilir. Bir çox kişilərin hərəkətləri qadınlara qəribə gələ bilər. Bu, kişi psixologiyasından irəli gəlir.

Publika.az kişilərin əsas komplekslərini, daha dəqiq desək, kişilərin nədən qorxduğunu təqdim edir.

İsgəndər kompleksi

Əlbəttə, bu kompleks Makedoniyalı İsgəndərin adı ilə bağlıdır: Kompleksin mənşəyini tapmaq üçün tarixə nəzər salmaq yetər.

İsgəndər kompleksi – bu, bir kişinin digərlərinin yanında kişi kimi görünməmək, daha dəqiq desək, başqalarının gözü qarşısında homoseksual görünmək qorxusudur. Bəs Makedoniyalı İsgəndərin buraya nə aidiyyəti var? İş ondadır ki, qədim zamanlarda homoseksualizm indiki dövr ilə müqayisədə daha çox yayılmışdı. Makedoniyalı İsgəndər, onun silahdaş və yoldaşları da kişilərlə cinsi əlaqədə olardılar.

İsgəndər “kişi olmamaq” qorxusundan əziyyət çəkibmi? Yəqin ki. Ona görə də kişi kimi qəbul olunmamaq kompleksi onun adını daşıyır.

Herakl kompleksi

Bu kompleks öz adını əfsanəvi qədim yunan allahı Heraklın adından götürülüb. Əfsanəyə görə, Herakl günlərin birində amazonka kraliçası tərəfindən qul kimi məhkum olunaraq, qadın işini görüb.

İndinin özündə də bu qorxuya görə, kişilər evdə hər hansı bir qadın işini yerinə yetirməkdən imtina edir. O da var ki, bu qorxunu yalnız psixoloqlar anlayır. Qadınların fikrincə, bu, sadəcə, kişi tənbəlliyidir.

Lut kompleksi

Dini inanclara əsasən, Sodom və Homorra şəhərlərini məhv etdikdən sonra Lut peyğəmbər məhv olmuş insan nəslini yenidən “dirildir”. Nəslini “diriltmək” üçün Lut öz qızlarından arvad kimi istifadə edir.

Bu gün isə Lut kompleksi dedikdə bir atanın qızını başqa kişiyə güzəştə getmək, daha doğrusu, onu itirmək qorxusu nəzərdə tutulur. Lut kompleksindən kişilərlə yanaşı, onların qızları da əziyyət çəkir. Çünki bəzən elə olur ki, atalar qısqanclıq zəminində daha da irəli gedərək qızının həyatına müdaxilə edirlər.

Napoleon kompleksi

Kişilər arasında ən geniş yayılmış kompleks boyun alçaq olması ilə bağlıdır. Adətən, belə kişilər vəhşi ambisiyalara malik olurlar. Daha çox isə onlar hündür kişilərə nifrət edirlər. Napoleon kompleksindən əziyyət çəkən müdirlə isə ümumiyyətlə işləmək mümkün olmur.

Don Juan kompleksi

Don Juan kompleksinə görə, kişilər atılmaqdan qorxurlar. Çünki kişilərin əksəriyyəti bundan utanır. Onların fikrincə, yalnız kişi qadını ata bilər.

Kotovski kompleksi

Sizcə, başı keçəl qırxdırmaq dəbi haradan qaynaqlanıb? Skinhedlərdən? Qətiyyən yox. Psixoloqların fikrincə, bu qorxu Kotovski kompleksidir. Daha dəqiq desək, keçəlləşmək qorxusu. Tibbin bütün səyinə baxmayaraq, keçəlləşməyin qarşısını almaq mümkün olmursa, o zaman “gözəllik” xətrinə saçı tamamilə qırxdırmaq daha yaxşıdır. Onda keçəl kişinin başında tük qalmadığını hiss etməyəcəklər, çünki ətrafdakı inşanlar keçəl kişilərin dəbə görə bu görkəmi seçdiyini sanırlar.

Müdir kompleksi

Müdir kompleksinə görə, kişilər tabe olmaqdan qorxurlar. Bunu Herakl kompleksi ilə də əlaqələndirmək olar. Belə ki, kişilər arvadlarının çox qazanmasından qorxurlar. Çünki kişi ailə başçısıdır və qadın onun rəhbəri ola bilməz.

Təqaüdçü kompleksi

Bütün kişilər təqaüdə çıxmaqdan qorxur. Lakin bu kompleks kişilərdə hələ erkən vaxtdan inkişaf edir. Adətən, 50 yaşdan sonra kişilər gənc oğlanlarla rəqabətə girib, üzərlərinə çox iş götürə bilməyəcəklərindən ehtiyatlanırlar.


Müəllif:

Oxşar xəbərlər