18 Yanvar 2015 09:58
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycanda fəaliyyət göstərən mobil operatorlara xəbərdarlıq edib.

Teleqraf.com modern.az-a istinadən bildirir ki, bu xəbərdarlığın vətəndaşların şıkayətinə rəğmən edildiyini deyən nazir bildirib ki, yaxın zamanlarda ölkədə fəaliyyət göstərən mobil operatorların monıtorinqi aparılacaq. O, bunun üçün xarici şirkətin Bakıya dəvət olunduğunu deyib.

Nazir jurnalsitlərə açıqlamasında qeyd edib ki, mobil operatorlar yalnız pul qazanmaqla məşğuldurlar: “Problemlər onunla bağlıdır ki, bu şirkətlər öz sahələrinin inkişafı üçün sərmayə qoymurlar. Təbii ki, belədə də gerilik yaranır. Abonentlər şikayətçi olurlar. Monitorinqdən sonra fikrimizi açıqlayacağıq”.


Müəllif:

Oxşar xəbərlər