20 Yanvar 2015 03:39
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələ erkən yaşlarımdan uşaqlarımın olmasını arzu etmişəm və taleyimə minnətdaram ki, övladlarım var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni və iş adamı Emin Ağalarov “Nargis” jurnalına müsahibəsində deyib. O, oğlanlarına istədiyi qədər vaxt ayıra bilməməsindən gileylənib:

“Mən uşaqlarımla istədiyim qədər vaxt keçirə bilmirəm. Çünki onlar mənim üçün bütöv xoşbəxtlik deməkdilər. Özüm üçün belə bir vaxt təyin etmişəm: harada olmağımdan asılı olmayaraq həftədə bir dəfə onlarla görüşməliyəm. Oğlanlarımla ünsiyyətdən böyük xoşbəxtlik duyuram. Bilirəm ki, qarşılıqlıdır, mənim kimi səbirsizliklə görüşü gözləyirlər.

Əli məncə xarakter olaraq daha çox Leylaya bənzəyir. Onda yaradıcı tərəf daha çox qabarıqdır. Hiyləgərdir, hansı fəndlərlə əlavə şokolod ala biləcəyini bilir. Mikayıl isə daha çox mənə bənzəyir, mənim kimi küsəyəndir. O, çox inadkar və məqsədyönlüdür, istədiyini əldə etməyənə kimi sakitləşmir. Onun daha bir xüsusi bacarığı var, çox asanlıqla böyük rəqəmləri toplaya bilir. Riyazi zehni güclüdür.

Əli isə əksinə humanitardır, şeiri yaxşı yadında saxlayıb oxuya bilir. Hər biri özünə görə istedadlıdır və bunda Leylanın rolu böyükdür. Onlar atalarından fərqli olaraq azərbaycanca danışırlar, ingiliscə bilirlər və hazırda fransız dilini öyrənirlər”.


Müəllif:

Oxşar xəbərlər