21 Yanvar 2015 22:59
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland ordusunun qadın kapralı türk əsilli kişi ilə münasibət qurduğu üçün hərbidən uzaqlaşdırıla bilər.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, həmkarları Yvette adlı qadını dəstəkləsələr də, Müdafiə Nazirliyi başqa cür düşünür.

Niderland qanunvericiliyinə əsasən, orduda xidmət edənlər yalnız bu ölkənin məlumat mübadiləsi apardığı və kəşfiyyat əlaqələri qurduğu ölkələrin vətəndaşları ilə evlənə və ya birlikdə yaşaya bilərlər.

Təqribən 13 ildir Hollandiya ordusunda xidmət edən və bu çərçivədə ilk dəfə Əfqanıstana göndərilən kapral məsləkini və sevgilisini sevdiyini deyib.


Müəllif:

Oxşar xəbərlər