14 May 2014 10:59
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Liverpul" klubu Türkiyədə kömür mədənində baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Klub bu barədə Facebook hesabından yazı paylaşıb. Başsağlığı mesajında qəzada yaralananlara şəfa arzu edilib:

"Manisanın Soma rayonunda baş verən qəzada dünyasını dəyişənlərin ailələri başda olmaqla bütün Türkiyəyə başsağlığı diləyirik. Yaralı olanların isə bir an əvvəl sağlamlıqlarına qovuşmaları ümidiylə şəfa diləyirik. Baş verən qəza nəticəsində mədəndə qalan işçiləri xilasetmə işlərinin da ən qısa müddətdə uğurla başa çatmasını arzu edirik".

Xatırladaq ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir.

Qeyd edək ki, trasfarmatorun yanması nəticəsində mədəndə elektrik enerjisi kəsildiyindən xilasedicilər böyük çətinliklərlə üzləşiblər.


Müəllif: