27 Yanvar 2015 23:08
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA alimləri Yer kürəsinin 1,2 milyon kilometrliyindən ötüb keçən, diametri 500 metrə çatan nəhəng asteroidin ilk fotoşəkillərini təqdim ediblər.

Teleqraf.com Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, dərc edilən şəkillərdə asteroidin Yerə maksimum yaxınlaşdığı məqam əksini tapıb.

Bu zaman səma cisminin sürəti saniyədə 15 kilometr təşkil edib. 2004-cü il yanvarın 30-da aşkarlanan asteroid potensial təhlükə sırasına daxil edilib və həmin vaxtdan etibarən astronomlar onu müntəzəm surətdə izləyiblər.

Mütəxəssislərin hesablamalarına görə, oxşar böyüklükdə növbəti asteroid Yerə 2015-ci il martın 27-də yaxınlaşacaq.


Müəllif:

Oxşar xəbərlər