10 Fevral 2015 17:25
2 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Belem şəhərində silahlı hücum zamanı büstqalter qadını ölümdən qutarıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan İvete Medeirosun başına gələnlər “İndependent” qəzetinin gündəminə gəlib.

İvete Medeiros dükan qarşısından keçərkən içəridən gələn səs-küyü eşitdiyini söyləyib. İçəri girən zaman ona atəş açıblar. Qadın sinəsindər ağrı hiss edib. Bədənini yoxlayan Medeiros güllənin büstqalternin kəmərinə dəyərək istiqamətini dəyişdiyini görüb.

Baş verənlərdən möcüzəvi şəkildə sağ çıxan qadın büstqalterinə “güllə keçirməz jilet”adını qoyub.

O, sağ qalmasını "Tanrının hökmü" kimi qiymətləndirib.

Rüstəm


Müəllif: