16 Fevral 2015 00:04
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Qarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olmasa da, fəaliyyət zəminində, ələlxüsus da gəlir əldə etməkdə irəliləyişləriniz mümkündür. Əmin olmadığınız halda söz verməyin.

BUĞA - Hansısa xoşagəlməzliyin olacağını düşünməyin. Əksinə, nəzərdə tutduğunuz planların reallaşması istiqamətində uğurlara yetişəcəksiniz. Günün ikinci yarısında varlanacağınız mümkündür.

ƏKİZLƏR - Bürcünüzün xarakterinə görə, sizə daha çox ikili fikirləriniz mane olur. Heç olmasa, bu gün qəti qərarlar verməyə çalışın. Yalnız bu halda rəğbət mərkəzində ola bilərsiniz.

XƏRÇƏNG - Şəxsi büdcənizin gələcək durumu bu gün atacağınız addımlardan çox asılıdır. Odur ki, qarşınıza çıxan ən xırda şansdan belə yararlanmalısınız. Təcrübəli adamlardan məsləhət alın.

ŞİR - Göy qübbəsi adi işlərlə məşğul olmağınızı tövsiyə edir. İstənilən prosesdə tələskənlik yalnız planlarınızı poza bilər. Ailə-sevgi münasibətlərində mülayimlik göstərin.

QIZ - Bütün vacib işlərinizi günün ikinci yarısına təyin edin. Ötən yarım ay ərzində baş tutmayan cəhdləriniz bu gün yenidən start götürə bilər. Bu istiqamətdə təcrübəli adamlardan yararlanın.

TƏRƏZİ - Səhhətinizi qorya bilsəniz, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzlar əlverişli məqamlarla rastlaşacağınızı, yeni şanslar qazanacağınızı proqnozlaşdırır.

ƏQRƏB - Yaxşı olar ki, bu təqvimi bütünlüklə münasibətlər zəmininə yönəldəsiniz. Çünki ən böyük probleminiz ətrafda başa düşülməməyinizdir. Bunu bacarsanız, heç bir neqativlik görməyəcəksiniz.

OXATAN - Bir neçə yeniliyin şahidi olacağınızdan xəbər verən ulduzlar ilk növbədə alicənablığınızı qorumağı məsləhət görür. Davranışlarda nə qədər səmimi olsanız, ümumi işin xeyrinə olacaq.

OĞLAQ - Daxili sıxıntılardan qurtulmaq istəyirsinizsə, keçmişin acı xatirələrini yada salmayın, nikbinliklə gələcəyə baxın. Nahardan sonra müqəddəs yerləri ziyarət edin.

SUTÖKƏN - Əsas enerjinizi qarşılıqlı münasibətlərə sərf edin. Çünki indi ən çox süstlük deyilən istiqamətdə mövcuddur. Xırdaçı və qeybətcil adamlardan mümkün qədər uzaq olun.

BALIQLAR - Qarşınızda maraqlı bir gün durur. Lakin atacağınız addımlardan asılı olaraq prosesləri müsbət və ya mənfi istiqamətə yönəldə bilərsiniz. Odur ki, yolu özünüz seçməlisiniz.


Müəllif: