16 May 2014 10:22
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Milli Bankı Donetsk vilayətindəki bölməsinin fəaliyyətini dayandırıb

Ukrayna Milli Bankı (UMB) Donetsk vilayətindəki bölməsinin fəaliyyətini və bank hesablaşmalarını dayandırıb.

UMB-nin belə qərar verməsinə separatçılar tərəfindən olan təhdidlər olub.

Bankın məlumatına görə, ötən gün bankın Donetsk bölməsinin rəhbərliyinin ünvanına qondarma Donetsk Xalq Respublikasının nümayəndələri tərəfindən böyük məbləğdə pul vəsaitlərinin verilməsi tələbi daxil olub. Bu əmrin yerinə yetirilməyəcəyi təqdirdə separatçılar bank rəhbərliyinə qarşı “tədbirlərin” görüləcəyi barədə xəbərdarlıq edib.

Bundan sonra bankın əməkdaşları təxliyə olunub, Milli Bankın Donetsk vilayətindəki bölməsinin fəaliyyəti isə dayandırılıb.

“Separatçıların bu cür hərəkətləri bölgənin bank sisteminin fəaliyyətini mümkünsüz edir, bu isə, öz növbəsində, pensiyaların və büdcə müəssisələrinin işçilərinə və əhalinin digər təbəqələrinə əmək haqlarının və müavinətlərin verilməsinin dayandırılmasına gətirib çıxaracaq, həmçinin, müəssisələrin fəaliyyətində və ticarət sektorunda ciddi problemlərə səbəb olacaq”, deyə UMB-nin açıqlamasında bildirilir. (APA)


Müəllif: