23 Fevral 2015 17:24
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Soledar şəhərində yerin 288 metr dərinliyində olan duz mədəni sanatoriya kimi fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, burada tənəffüs sistemi və tiroit xəstələri müalicə alır. 2007-ci ildən fəaliyyətə başlıyan sanatoriyanın ərazisi 5 hektardır. Mağaranın divarlarını 40 - 50 metr qalınlığında duz layı təşkil edir.

Müalicənin böyüklər arasında 70-85 %, uşaqlarda isə yüzdə 85-95% nisbətində effektli olduğu deyilir.

Duz sanatoriyasının rəsmisi Valeri Lazarev deyir ki, insanlar duz mədənində endikdə duzun ionları tənəffüsü sisteminə deyil, tiroit xəstələrinə və dəriyə də müsbət təsir edir.

Sanatoriyada istilik sabit olaraq 15 dərəcədə qalır. Burada eyni vaxtda 100 adam müalicə ala bilir. Bu günə kimi burada təxminən 6 min adam müalicə alıb.

Qeyd edək ki, Avropada buna bənzər bir neçə mədən fəaliyyət göstərir.

Rüstəm


Müəllif: