Amerikanın məşhur brendi Apple martın 9-da San-Fransiskoda "ağıllı saatlarını" təqdim etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Apple Watch məhsulları aprel ayında satışa çıxarılacaq. Məhsulun 349 dollar olacağı qeyd olunur. Hələ ki, dəqiqləşdirilməmiş məlumatlara görə, bu qiymətə olan saatların korpusu alüminium olacaq. Paslanmayan poladdan hazırlanmış saat isə 500 dollara satılacaq. Qızıldan olan Apple Watch Edition məhsulları isə 20 min dollara satılacaq.
Məhsulun təqdimatı ilə yanaşı, iOS əməliyyat sisteminin 8.2 versiyasına qədər yenilənəcəyi gözlənilir.
Rüstəm