Google Kaliforniyada Mauntin-Vyuda yerləşən qərargahın yeni inkişaf layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, layihə şəffaf günbəzlə örtüləcək binalar kompleksinin tikintisini nəzərdə tutur. Dünyanın ən böyük IT-şirkətlərindən birinin kampusunun adı Googleplex adını alıb. Google qərargahının konsepsiyasının müəllifləri BIG bürosu və Heatherwick Studio-dur. Onlar qərargahın ofislərinin şəffaf günbəzlərlə təchiz olunmasını təklif ediblər. Memarların fikrincə, şəffaf günbəzlər təkcə dam funksiyası daşımır, həm də kampusun içərisində iqlim və işıqlandırmanı idarə edir.
Qeyd edək ki, Googleplex - Silikon vadisində IT-şirkətlərinin 3-cü böyükmiqyaslı layihəsidir. Foster+Partners layihəsi üzrə burada Apple Campus 2-nin tikintisi gedir. Layihənin qiyməti 5 milyard dollardır.
Teleqraf.com layihənin fotolarını təqdim edir:
Rüstəm