Gündə bir neçə fincan qəhvə içmək arteriyaların tutulmasının qarşısını almağa kömək edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya alimləri açıqlama veriblər. Alimlər iş yerində mütəmadi olaraq sağlamlıq yoxlamasından keçən 25 000-dən çox kişi və qadın işçini tədqiq edib.
Ölçülü şəkildə, yəni gündə 3-5 fincan arasında qəhvə içən işçilərin tibbi yoxlamalarında ürək ağrısının ilkin əlamətləri daha az ehtimal olunub.
Nəticələr qəhvənin ürək üçün yaxşı, yoxsa pis olması barədə müzakirələrə yenidən təkan verib.
Qəhvənin ürəyə necə təsir etdiyi barədə fikir ayrılığı uzun illərdir ki, davam edir. Bəzi tədqiqatlar qəhvənin qəbul olunmasını xolesterin və qan təzyiqi kimi ürəyə təhlükə kəsb edən faktorlarla əlaqələndirib. Digərlərisə deyirlər ki, qəhvə ürəyi müdafiə edə bilər.