Yaponiyanın Aoşima adasında pişiklərin sayının insanların sayına nisbətən 6 dəfə artması beynəlxalq xəbər agentliklərində “Pişiklər Yaponiya adasını ələ keçirdi” deyə, məlumatlar yayılıblar.
Ada sakinlərinin hədəfi sadəcə, adada siçanların azalmasına səbəb olmaq imiş. Yalnız 22 nəfərin yaşadığı adanı indi pişiklər ələ keçirib. Hazırda adada 120 pişik yaşayır. Onlardan 10-nun bala dünyaya gətirməməsi üçün ehtiyat tədbirlər görülüb.
Pişiklər adadakı zibilliklərdən yemək taparaq qidalanırlar. Adaya hər gün onlarla turist gəlir və olar pişikləri görmək istəyirlər. Turistlər pişiklərə balıq verərək onlarla şəkil çəkdirirlər. /musavat.com/