6 Mart 2015 03:01
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş yerlərində cinsi zorakılığa məruz qalan kişilərin sayı qadınlardan çoxdur.

Teleqraf.com xəbər verir ki, Almaniyada Diskriminasiya ilə Mübarizə İdarəsinin il ərzində apardığı araşdırmada 1002 qadın və kişi iştirak edib.

Kişilərin 56%-i, qadınların isə 49%-i iş yerində cinsi zorakılığa məruz qaldığını deyib.

Mütəxəssislərin sözlərinə görə, cinsi zorakılığın formaları müxtəlifdir, bunlardan ən çox yayılanı isə ikimənalı sözlər və seks mövzusunda olan lətifələr danışmaqdır.

Araşdırmanın nəticələrinə görə, zorakılığın formalarından biri də pornoqrafik görüntülərə baxmağa məcbur etməkdir ki, qadınların 2%-i, kişilərin isə 7%-i buna vadar edilir. Özü istəməsə də iş yoldaşlarının əxlaqsız mesaj, foto və video göndərdiyi qadınların sayı 3%, kişilərin sayı isə 12%-dir. İş yerlərində qadınların 13%-ni, kişilərin isə 10%-ni istəmədikləri halda öpüb qucaqlayırlar. /azvision.az/


Müəllif:

Oxşar xəbərlər