12 Mart 2015 16:29
3 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir xəstəliyə mübtəla olan gənc qız il ərzində dəfələrlə kliniki ölüm keçirir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan Sarah Brautigam il ərzində 36 dəfə kliniki ölüm keçirib. Ürək döyüntüsünün ani olaraq normadan artıq artması nəticəsində ürəyi dayanan gənc qız 30 dəqiqə sonra həyata dönür.

Brautigamın sözlərinə görə bu xəstəlikdən sonra bir çox dostunu itirib. Bütün bu çətinliklərə baxmayaraq, o, ümidini itrmədiyini deyir: "Mən təzə rəqs qrupuna yazılmışam. Artıq burada özümə təzə dostlar da tapdım. Kursa başlayandan bəri bir dəfə kliniki ölüm keçirmişəm. Hər şeyin yaxşı olacağına ümid edirəm".

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər