Hindistanda gəlin toy zamanı "15+6 neçə edər" sualını bilməyən bəylə evlənməkdən imtina edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəlin toyun ortasında bəyi tərk edib. Buna səbəb isə bəyin sadə bir toplama əməlini yerinə yetirə bilməməsi olub.
Toy zamanı verdiyi "15-in üstünə 6 gələndə neçə edir?" sualına bəydən 17 cavabını eşidən gəlin evlənməkdən vaz keçib.
Bəyin ailəsi qızı fikrindən daşındırmağa çalışsa da, bu, onlarda alınmayıb.
Polisin köməyi ilə ailələr toydan öncə bir-birinə verdikləri hədiyyələri də geri qaytarıblar.
Rüstəm