14 Mart 2015 18:50
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların hər ikisi Amerika Birləşmiş Ştatlarının prezidenti olub. İkisi də öldürülüb. Söhbət Avraam Linkoln və Con Kennedidən gedir.

Taleləri də oxşardır. Aşağıda sadalayacağımız faktlar ABŞ mətbuatında, Kennedi öldürüləndən bir il sonra dərc edilib.


Linkoln 1860-cı ildə prezident seçilib. Üstündən düz yüz il sonra , 1960-cı ildə Con Kennedi seçkidə qalib gələrək prezident olub.

Hər ikisi afroamerikalıların hüquqlarına görə narahatlıq keçiriblər.

Hər ikisi cümə günü öldürülüb.

Hər kisi öz həyat yoldaşlarının gözləri qarşısında qətlə yetirilib.

Hər ikisinin başına güllə arxadan dəyib.

Linkoln “Ford” teatrında öldürülüb. Kennedi isə ölümü “Ford Motor” kompaniyasının istehsal etdiyi avtomobildə.

Linkolnun şəxsi katibinin adı Con, Kennedinin şəxsi katibnin adı Linkoln olub.

Linkolnun qatili Con But 1839-cu ildə, Kenedinin qatili Li Harvi Osvald 1939-cu ildə doğulub.

Hər iki qatil cənublu idi.


Müəllif:

Oxşar xəbərlər