19 Mart 2015 11:27
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Microsoft korporasiyası özünün məşhur brendi olan Internet Explorer brauzeri ilə vidalaşmağı qərara alıb.

Teleqraf.com xəbər verir ki, brenddən imtina edilməsi barədə rəsmi bəyanat Microsoftun Atlantada keçirilən illik konfransı zamanı korporasiyanın marketinq bölməsinin başçısı Kris Kaposella tərəfindən səsləndirilib. Hazırda yeni brend və yeni brauzerin adı üzərində işlədiklərini deyən Kaposella müştərilər üçün Explorerin də saxlanacağını qeyd edib.

Mütəxəssislərin sözlərinə görə, Microsoftun yeni brauzeri internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanan Google kompaniyasının Chrome brauzerini xatırladacaq.

Qeyd edək ki, Internet Explorer brauzeri Windows sistemində 1995-ci ildən fəaliyyət göstərir.

Eyni zamanda, yeni Windows 10 operativ sisteminin bu ilin yay aylarında dünyanın 190 ölkəsində, 111 dildə istifadəyə buraxılacağı elan edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər