Stanton Williams memarlıq bürosu Londan opera binasının müasirləşdirilməsi üzrə öz planlarını təqdim edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şirkət binanın bəzi yerlərinin şəffaflığını artırmağı, şüşə terras əlavə etməyi, eləcə də birinci mərtəbədəki foyeni daha geniş etməyi planlaşdırır. "Biz istəyirik ki, içəridə hər gün hiss olunan sehr ruhu zahirdən də hiss olunsun, - deyə Pol Uilyamsla birgə firmaya rəhbərlik edən Alan Stenton bildirib. - Layihəmizin irəli getməsinə çox sevinirik". Stanton Williams layihədə iştirak edən digər studiyaların sırasından opera binasının müasirləşdirilməsi üçün seçilib. Rekonstruksiya işlərinin keçirilməsi bu ilin sonuna planlaşdırılıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm