25 Mart 2015 14:10
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Android əməliyyat sistemindəki yenilik sayəsində telefonunuz sizi tanıyacaq.

Teleqraf.com-un məlumatına görə, axşam.az CNN-ə istinadən xəbər verir ki, istifadəçilərin telefonlarının əllərində kilidlənməsindən çoxlu şikayətlər alan şirkət yeniliyə əl atıb.

Bir qrup “Android Police” oxucusunun dediyinə görə, “Smart Lock” təhlükəsizlik sistemi artıq “bədən temperaturu”na görə işləyəcək. Yəni daha telefon istifadəçinin əlində və ya cibində olanda kilidlənməyəcək.
“Google Play” xidmətləri vasitəsilə təqdim ediləcək yeniliyin nə vaxt istifadəyə veriləcəyi bilinmir.


Müəllif: