25 Mart 2015 19:13
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Tron" filmində istifadə olunan Lightcycle RM motosiklı Sotheby’s hərracında satışa çıxarılacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər Kreis Endryusun şəxsi kolleksiyasında saxlanılan bayk 96 voltluq elektrik mühərrikinə sahibdir, maksimal sürəti isə 160 km/saatdır. Bu sürətdə motosikl 200 km gedə bilər, bundan sonra isə akkumulyatorun enerjisi bitəcək, ancaq bu da problem deyil. Onun bütöv enerji toplaması üçün 35 dəqiqə lazımdır.

Motosikl poladdan və şüşə lifdən olan korpusla, 22 düym diametri olan təkərlərlə təchiz olunub.

Tron Lightcycle mayın 2-də Texasda hərraca çıxarılacaq, başlanğıc qiyməti isə 25 min dollar olacaq.

Rüstəm


Müəllif: