Hyustonda Lindon Conson adına kosmik mərkəz NASA eksperimenti üçün könüllülərin toplanması barədə elan edib.
Teleqraf.com xəbər verir ki, eksperiment çərçivəsində çəkisizliyin insan orqanizminə təsirinin nəticələri öyrənilir.
İştirakçılar Qalvestonda Texan Universitetinin tibbi şöbəsinin nəzdində olan araşdırma mərkəzində 3 aydan çox vaxt keçirəcəklər. 70 gün ərzində iştirakçılar tamamilə hərəkətsiz olacaq, sutkada 24 saat -6 dərəcə əyrilikdə başaşağı yerləşdirilmiş çarpayılarda uzanacaqlar. Bu vəziyyət çəkisizlik şərtlərini imitasiya edir. İştirakçılara ancaq oxumaq və televizora baxmaq icazə verilir. Tualet və vanna əvəzinə onlar uzanıqlı vəziyyətdə istifadə etməyin mümkün olduğu avtonom duş və plastik ləyənlərlə təmin olunacaqlar. Bu araşdırmada iştiraka görə, hər bir könüllüyə 18 min dollar ödəniləcək.
Qeyd edək ki, eksperimentdə ancaq ABŞ vətəndaşları və ölkənin daimi sakinləri iştirak edə bilərlər.
Rüstəm