26 Aprel 2015 18:34
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stress müasir dövrün ən böyük problemlərindən biridir. Bir çox xəstəliklərin yaranmasına və inkişafına şərait yaradan stress psixoloji problemlərə də səbəb ola bilir. Özümüzü nə qədər qorusaq da, stressin təsirlərindən tam müdafiə olunmaq imkansızdır.

Ancaq alma, əncir, manqo və papayadan hazırlanan xüsusi içkiylə stressin təsirlərini müəyyən qədər azaltmaq mümkündür.


Əsl lif mənbəyi olan alma tərkibindəki C vitamini və maqnezium sayəsində stresslə mübarizə aparır. Əncir isə yüksək miqdarda kalsium ehtiva etdiyi üçün zehni fəaliyyəti aktivləşdirib stressdən qaynaqlanan depressiyanın qarşısını alır. Manqo və papaya da stressi azaldan meyvələrdən hesab edilirlər. Bu 4 möhtəşəm şəfa mənbəyi bir araya gəldikdə ortaya əsl stress qalxanı çıxır.

Bəs, stressə qarşı içki necə hazırlanır.

Publika.az həm dadlı, həm də faydalı 4 meyvəli içkinin reseptini təqdim edir:

3 ədəd almanı, qabığı soyulub dilimlənmiş 1 ədəd manqonu, qabığı soyulub tumları təmizlənmiş və doğranmış 1 papayanı və xırda doğranmış 2 ədəd ənciri şirəçəkəndən keçirin.

Əldə etdiyiniz suyu 3 dəqiqə içərisində içməlisiniz. Əks təqdirdə, şirə vitamin və minerallarının itirəcək.

Günə bu içkiylə başlamaqla özünüzü daha enerjili hiss edə bilərsiniz.

Ya da axşamlar içərək gün ərzindəki yorğunluğu, gərgin iş rejiminin səbəb olduğu stressi ata bilərsiniz.

Unutmayın, bu içkini gündə ancaq bir stəkan içmək olar.


Müəllif:

Oxşar xəbərlər