27 Aprel 2015 16:35
2 728

Amerika Zəlzələ Araşdırma İnstitutu 1900-cü ildən günümüzə qədər baş verən ən şiddətli zəlzələlərin siyahısını açıqlayıb.

Teleqraf.com həmin siyahını təqdim edir:

1. 1960-cı il mayın 22-i Çilinin cənub hissəsində baş verən 9,5 bal gücündə zəlzələ və sunami nəticəsində 1716 nəfər həyatını itirib.

Tarihin en şiddetli depremleri

2. 1964-cü il Alyaska adasında baş verən zəlzələ və sunami 131 nəfərin ölümünə səbəb olub. Zəlzələnin gücü Rixter cədvəli ilə 9,2 bal göstərilib.

Tarihin en şiddetli depremleri

3. 2004-cü ilin dekabrın 26-da Hind Okenanında 9,1 bal gücündə zəlzələ baş verib. Baş vermiş sunami nəticəsində 230 min nəfər həyatını itirib.

Tarihin en şiddetli depremleri

4. 2011-ci ilin martın 11-i Yaponiyanın şimal-şərq sahillərində 9 bal gücündə baş vermiş zəlzələdən sonar yaranmış sunami 18 min insanın ölümünə səbəb olub.

Tarihin en şiddetli depremleri

5. 1952-ci il noyabrın 4-də Rusiyanın uzaq şərqində yerləşən Kamçatka baş verən zəlzə nəticəsində can itkisi olmayıb.

Tarihin en şiddetli depremleri

6. 2010-cu il fevralın 27-də Çilidə 8,8 bal gücündə zəlzələdən sonra dəhşətli sunami meydana gəlib. Hadisə zamanı rəsmi rəqəmlərə görə 524 nəfər ölüb.

Tarihin en şiddetli depremleri

7. 1906-cı il yanvarın 31-i Ekvador sahillərində 8,8 bal gücündə zəlzələ nəticəsində yaranan sunamı 500 nəfərin həyatına son qoyub.

Tarihin en şiddetli depremleri

8. 1965-ci il fevralın 4-ü Alyaska Rat Adalarında zəlzələ baş verib. 8,7 bal gücündə olan zəlzələ zamanı can itkisi olmayıb.

Tarihin en şiddetli depremleri

9. İndoneziyanın Sumarta adasında 2005-ci il martın 28-də 8,6 al gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, hadisə zamanı 1300 nəfər həyatını itirib.

Tarihin en şiddetli depremleri

10. Tibetdə 1950-ci il avqustun 15-də baş verən 8,6 bal gücündə zəlzələ isə 780 nəfərin ölümünə səbəb olub.

Tarihin en şiddetli depremleri

11. İndoneziyanın Sumatra adası 2012-ci ilin aprelin 11-də dəhşətli zəlzələnin şahidi olub. 8,6 bal gücündə baş verən zəlzələ zamanı 25 bölgədə sunami təhlükəsi ilə əhali təxliyyə olunub.

Tarihin en şiddetli depremleri

12. 1957-ci il martın 9-da Alyaskanın Andreanof adalarında 8,6 bal gücündə zəlzələ olub. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Tarihin en şiddetli depremleri

13. 2007-ci ilin sentyabrın 12-də İndoneziyanın Sumatra adasında 8,5 ballıq zəlzələ baş verib. Hadisə nəticəsində rəsmi rəqəmlərə görə, 25 nəfər həyatını itirib.

Tarihin en şiddetli depremleri

14. 1938-ci il fevralın 1-I İndoneziyanın Banda dənizində 8,5 bal gücündə zəlzələ baş verib. Hadisə zamanı can itkisi olmayıb.

Tarihin en şiddetli depremleri

15. Rusiyanın uzaq şərqində yerləşən Kamçatka bölgəsində 1923-cü ilin fevralın 3-də 8,5 bal gücündə zəlzələ və sunami meydana gəlib. Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.

Tarihin en şiddetli depremleri

16. 1922-ci ilin noyabrın 11-də Çili-Argentina sərhədində baş verən zəlzələ Çiliyə milyardlarla dollar ziyan vurub. Zəlzələnin gücü isə Rixter cədvəli ilə 8,5 bal göstərilib.

Tarihin en şiddetli depremleri

17. 1963-cü il oktyabrın 13-də Kuril adalarında 8,5 bal gücündə zəlzələ olub. Hadisə zamanı ölən olmayıb.

Tarihin en şiddetli depremleri

18. 1999-cu il avqustun 17-i Türkiyənin Çölcük bölgəsində 7,5 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, hadisə zamanı 17 min 480 insan həyatını itirib, 23 min 781 nəfər yaralanıb, 505-I isə şikəst qalıb.

Tarihin en şiddetli depremleri

Samir


Müəllif: