28 Aprel 2015 01:59
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı insanlarından olan Bill Qeyts bulaşıq qabları özü yuyur.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu onun həyat yoldaşı Melinda Qeyts deyib.

Böyük sərvətə malik olsalar da, təvazökar həyat tərzi keçirən Qeyts ailəsi evlərində birlikdə vaxt keçirməyi xoşlayır.

M.Qeyts bildirib ki, 15 ildir xüsusi aşpaz ailənin üzvləri üçün yemək bişirir: “Ancaq Bill Qeyts yeməkdən sonra süfrəni özü yığışdırır və bulaşıq qabları özü yuyur”.


Müəllif: