Eynicinsli nikahların qanuni olmadığı Kubada həftəsonu kütləvi toy mərasimi keçiriləcək.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hazırlıqlara prezident Raul Castronun transgender və gey haqları üzrə aparıcı kampaniyaçı olan qızı - millət vəkili Mariella Castro rəhbərlik edir.
Rəmzi səciyyə daşıyan nikah mərasimi hər il keçirilən gey-paradın tərkib hissəsi olmalıdır.
Xanım Castro tədbirin daha çox dəyişikliyə zəmin yaradacağına ümid etdiyini bildirib.
İstefaya çıxdmasından iki il keçdikdən sonra sabiq prezident Fidel Castro geylərə qarşı ayrı-seçkiliyə yol verildiyini “yanlış addım” kimi səciyyələndirib.
1959-cu ildəki inqilabdan sonra Kubadakı geylər əmək düşərgələrinə göndərilib.
Milli Cinsi Təhsil Mərkəzinin rəhbəri Mariela Castro deyir ki, atası gey nikahlarını dəstəkləyir. Lakin bu, ölkə qanunvericiliyində hələ ki, öz əksini tapmayıb:
"Toy keçirə bilmərik. Lakin məhəbbətin təntənəsini keçirmək üçün dini liderlərin iştirakı ilə kiçik bir məclis təşkil etmək istərdik", - Mariela Castro deyib.
Rüstəm