16 May 2015 09:39
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhərlər günə 1 stəkan ananas suyu ilə başlasanız, səhhətinizdə inanılmaz dəyişiklik müşahidə edəcəksiniz.

Publika.az-ın sağlamlıq bölməsi ananasın hansı problemlərə yaxşı təsir etdiyini bu cür sıralayıb.

İltihablara qarşı təsirlidir

Ananasın tərkibində olan bromelain toksinləri orqanizmdən xaric edir və iltihab prosesinin qarşısının alınmasına yaxşı təsir edir.

Arıqladır

Arıqlamaq istəyirsinizsə, ananas suyu için. İçərisindəki liflər sayəsində ananas həzmi yaxşılaşdırır. Bu sayədə toxluq hissini artırır və arıqlamağı asanlaşdırır. Ananas suyu həzm sistemini təmizləyir, bağırsaqları rahatlaşdırır.

Qaraciyər və bağırsaq parazitlərini təmizləyir

Tərkibindəki maddələr sayəsində ananas suyu, qaraciyər və bağırsaqları zərərli parazitlərdən təmizləyir.

Qalxanabənzər vəzini tənzimləyir

Tərkibindəki yod və bromelain maddələri xəstəliklərə qarşı bədənin müqavimətini artırır və tiroid simptomlarını azaldır.

Elektrolitləri tarazlayır

Ağrılara qarşı olduqca təsirli olan ananas tərkibindəki kalium sayəsində elektrolit tarazlığını təmin edir, bədəni gücləndirir. Xüsusilə, idmandan sonra yaranan əzələ və oynaq ağrılarını azaldır.

Toksinlərə qarşı təsirlidir

Tərkibindəki lif, faydalı maddələr və antioksidantlar detoks funksiyasını yerinə yetirir.

Diş ətini qoruyur

Diş əti üçün faydalı olan ananas suyu eyni zamanda dişlərin ağlığını da qoruya bilir. Dişlərdən siqaret və çay ləkələrini təmizləyir.

Görmə qabiliyyətini yaxşılaşdırır

Tərkibində olan beta karotin və A vitamini insanın görmə qabiliyyətini yaxşılaşdırır.


Müəllif:

Oxşar xəbərlər