16 May 2015 23:04
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli bölgəsində Oqtay Basar adlı şəxs məhkəmə tərəfindən ona kəsilmiş 2,5 illik həbs cəzasını məsciddə çəkir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, könüllülük əsasında gündəlik olaraq, məsciddə təmizliyi təmin edir.

Basar bu işdən çox məmnun olduğunu bildirib: “İşimdən çox məmnunam. Gündə 5 dəfə namaz qılıram və Quranı öyrənirəm. Məscidə gəldiyimdən çoxlu işlər görmüşəm. Burada çox xoşbəxtəm. Həftənin 5 günü mənə buranı təmizləmək tapşırılıb. Mən isə şənbə və bazar günləri də bura gəlirəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər