18 May 2015 22:45
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunun Zövlə kənd sakini, 54 yaşlı İltifat Kazımovun fərdi təsərrüfatında qeyri-adi ördək balası dünyaya gəlib. Ördək balasının hər iki ayağı tərsinə çevrildiyindən o, yalnız arxası üstündə olarkən gəzməyə cəhd edir.

Təsərrüfat sahibi İltifat Kazımov AZƏRTAC-a bildirib ki, fərdi təsərrüfatında heyvandarlıqla bərabər, quşçuluqla da məşğul olur: “Təsərrüfatımda birinci dəfədir belə hadisəyə rast gəlirəm. Bir həftə əvvəl yumurtadan çıxan ördək balası hərəkət edə bilməsə də, normal qidalanır. Biz görmüşük ki, ördəkdə ayaqlar qabaq hissədə olur. Bu ördək balasında isə arxa hissədədir”.

Mütəxəssislərin fikrincə, belə anomal halın baş verməsinə səbəb, quşda genetik formanın pozulması, mayalanmanın qeyri-normal şəraitdə olması ilə əlaqədardır. Burada, həmçinin iqlim dəyişkənliyinin də müəyyən qədər təsiri ola bilər.


Müəllif:

Oxşar xəbərlər