20 İyun 2015 22:59
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yerləşən beynəlxalq qeyri-hökumət təşkilatı “Electronic Frontier Foundation”(EFF), dünyanın qabaqda gələn texnologiya şirkətlərini gizlilik və şəffaflıq kimi kateqoriyalarda müqayisə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu müqayisədə ən yüksək nəticəni “Apple”, ən aşağını isə “Whatsapp” göstərib.


Təşkilatın araşdırmasında şirkətlərin müsbət rəy qazanması üçün dövlətlərin istifadəçilərin üzərində qoyduğu tələblərin açıqlanması, məlumatın saxlanması, sektorun qəbul etdiyi ən yaxşı tətbiq qaydalarına uyma kateqoriyalarında müsbət rəy almasına diqqət edilib.


Buna görə də, başda “Apple” olmaqla “Adobe”, “Drobbox”, “Yahoo” nun nəticələri 5 ulduzla dəyərləndirilib. “Google”, “Microsoft” isə 3 kateqoriyada müsbət rəy qazanıblar.

Ancaq hesabatda ən pis qeydi alan şirkət “Whatsapp” oldu. “Facebook”un özü 4 ulduzla qiymətləndirilərkən onun tərkibində olan “Whatsapp”da vəziyyət heç də yaxşı olmayıb. Çünki “Whatsapp”ın müsbət qiymət aldığı yeganə maddə məlumatların təhlükəsizliyidir. Bunun xaricində “Whatsapp”ın heç də şəffaf olmadığı müəyyən edilib.


Bundan başqa, “Whatsapp”da məzmunların dövlətlərlə paylaşılıb-paylaşılmadığı müəyyən deyil, digər tərəfdən “Whatsapp”ın danışma qeydlərinin nə qədərini saxladığı müəmmalı olaraq qalır.

Qeyd edək ki, Mərkəzi ABŞ-da olan, EFF-in məqsədi kiber dünyada vətəndaş azadlıqlarını qorumaq xüsusilə lazımsız qanunlarla gətirilən məhdudiyyətlərə qarşı çıxmaqdır.


Müəllif: