Xeberler.az İKT portalı 7 yaşını qeyd edir.
Teleqraf.com xəbər verir ki, xeberler.az ölkədə İKT sahəsində milli kontent formalaşdırmaq, oxucuları Azərbaycanda və dünyada İKT sahəsində baş verən yeniliklərlə tanış etmək məqsədilə yaradılıb.
İKT xəbər portalı 2006-cı ildə çap formada fəaliyyətə başlayan “Online” Jurnalının elektron versiyası olaraq 22 iyun 2008-ci ildən fəaliyyətdədir.
Xeberler.az ötən ilin oktyabrından yeni komanda formalaşdırıb, Portalda struktur və dizayn dəyişikliyi edilib. Multimedia formatda materialların hazırlanmasına üstünlük verilir.
Bu ildən etibarən portalın mobil versiyaları da fəaliyyətə başlayıb.
Xeberler.az qısa bir müddətdə ölkənin İKT ictimaiyyətinin əsas infromasiya mənbəyinə çevrilib.
Ölkədə çoxsaylı xəbər saytalarının hər gün təqdim etdiyi xəbərlər içərisində “əriyib” yoxa çıxan bəzi İKT xəbərləri üçün əsas mənbə məhz Xeberler.az portalıdır.
Xeberler.az resursunda yalnız gündəlik İKT xəbərlərini yox, həmçinin icmal yönümlü yazıları, müxtəlif maraqlı müsahibələri, İKT tədbirləri və konfransları haqqında məlumatları, keçirilən tədbirlərin fotoreportajlarını əldə etmək olar.
Xeberler.az ölkənin İKT bazarının spesifik sahələrinin işıqlandırılmasında mühüm yer tutur. Portal müxtəlif İT qurumlarla əməkdaşlıq edir, müxtlif İT tədbirlərdə infromasiya dəstəyi göstərir.
Qeyd edək ki, görülən işlərin nəticəsi olaraq qısa zamanda Portal öz ətrafına geniş oxucu auditoriyası toplaya bilib.
Ölkədə İKT üzrə çoxsaylı rubrikalar və layihələr, analitik yazılar, araşdırımalar və müsahibələr, İKT üzrə maraqlı reportajlar, milli startapların inkişafı, İKT-nin müxtəlif sahələri ilə bağlı sorğular, Elektron Hökumət quruculuğu, İKT sahəsində qanunvericilik və s. bütün bunlar Xeberler.az portalının əsas fəaliyyət istiqamətləridir.
Nihad