Dünyanın görməli yerlərinin soraq kitabçaları buraxılışı üzrə ixtisaslaşan “Lonely planet” nəşriyyatı Avropanın ən maraqlı məkanlarının siyahısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, nəşriyyatın rəsmi saytında yer alan məlumatda Avropanın 10 ən yaxşı çimərliyi və Avropada ailəvi istirahət üçün 10 ən yaxşı yer də müəyyənləşib. Reytinq siyahısı belədir:
1. Yaz Çimərliyi, Monteneqro
2. Penişi, Portuqaliya
3. Rondinara çimərliyi, Korsika, Fransa
4. Kala-Qoloritse, Sardiniya, İtaliya
5. Vik Biç çimərliyi, İslandiya
6. Bentem Biç çimərliyi, İngiltərə, Böyük Britaniya
7. Sendvud körfəzi, Şotlandiya, Böyük Britaniya
8. Kala Makareyya, Menorka, İspaniya
9. Vutumi, Antipaksi, Yunanıstan
10. Kurş dili, Litva
Qeyd edək ki, "Lonely planet" o qədər də varlı olmayan turistlər üçün bələdçi nəşrlər hazırlanması üzrə ixtisaslaşan ən iri nəşriyyatlarda biri hesab edilir. İndiyə qədər bu nəşriyyat dünyanın 8 dilində 500-dən çox soraq kitabı və danışıq kitabçası nəşr edib. Nəşriyyat tərəfindən hər il buraxılan çap məmulatının ümumi tirajı 6 milyon nüsxəyə çatır. 2012-ci ildən bu nəşriyyatda rus dilində də kitablar çap edilir.
Rüstəm