Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendre Modiyə yoqa ilə məşğul olmaq üçün öz idman hazırlığı səviyyəsini qiymətləndirəcəyinə dair söz verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, V.Putin bildirib ki, “yoqa ilə peşəkar şəkildə məşğul olanlara baxanda belə mükəmməlliyə çatmağın qeyri-mümkünlüyü barədə düşünürsən və bu, səni dayandırır”.
O, Rusiyada Hindistan mədəniyyətinə marağın böyük olduğunu diqqətə çatdırıb.