9 İyul 2015 23:53
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" şirkətinin yeni əməliyyat sistemi "Windows 10" tezliklə istifadəyə veriləcək.

Yeni əməliyyat sisteminə keçid bir il ərzində pulsuz olacaq. Yəni, heç bir əməliyyat sistemi olmayan yeni bir kompyuterdə "Windows 10" əməliyyat sistemini yazmaq üçün lisenziya alınmalıdır. Lakin kompyuterdə artıq "Windows 8.1" və ya "Windows 7" əməliyyat sistemləri qurulubsa, "Windows 10" əməliyyat sisteminə keçid pulsuz olacaq. Bu cür keçid əməliyyat sisteminin yenilənməsi (Windows Update) vasitəsilə həyata keçiriləcək.

"Windows 10"da əsas yenilikləri xatırladaq: "Cortan"a şəxsi səs assistenti, "Edge" adlı yeni brauzeri, "Photos", "Videos", "Music", "Maps", "People", "Mail" və "Calendar" universal proqramları, "Continuum" funksiyası, istifadəçilərin avtorizasiya sistemi "Hello" və s.

"Microsoft" korporasiyasının məqsədi iki-üç ilə "Windows 10" nüsxələrinin sayının bir milyarda çatdırmaqdır. Pullu lisenziyaların bəzi qiymətləri barədə xəbərlər vardır. Dərc edilmiş məlumatlara əsasən "Windows 10 Home"119, "Windows 10 Pro" 199 dollara satılacaq.

"Gartner" analitik şirkətinin proqnozuna görə, "Windows 10" fərdi kompyuterlərin satışını artırmağa kömək etməyəcək. Şirkətlər yeni sistemi sınaqdan keçirən zaman onlara tələbat azalacaq. Kompyuterlərin dəyişdirilməsinə satıcılar və alıcılar yeni qiymətlərə öyrəşdikdən sonra, 2016-cı ildə başlana bilər.


Müəllif: