9 İyul 2015 18:27
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşıl çay yeməklərdən sonra içiləndə metabolizmi sürətləndirir, yağları yandırır, yuxusuzluq və stress kimi problemləri aradan qaldırır. Əsəbləri sakitləşdirmək gücünə malik olan yaşıl çay dəri üçün də çox faydalıdır.

Publika.az xəbər verir ki, yaşıl çaydan maska kimi istifadə etdikdə həssas sinə dərisini sıxlaşdırır.

Sinə dərisi üçün yaşıl çay maskası

4 qaşıq süzmə qatıq və 2 xörək qaşığı yaşıl çayı qarışdırın. Qarışığı sinə dərisinin üzərinə masaj edərək sürtün. 10 dəqiqə saxladıqdan sonra yuyun. Sonra dərini bitki (adaçayı və kəklikotu yağı ola bilər) yağı ilə nəmləndirin. Beləliklə, həm dərinizin nəm balansı yaxşılaşacaq, həm də həssas sinə dərisi möhkəm olacaq.

Parıltılı dəri üçün

Vannadakı suyun içinə yaşıl çay cövhəri ataraq yaşıl çayın energetik təsirindən faydalanın. 1 ay keçdikdən sonra maskanın faydasını hiss edəcəksiniz.


Müəllif: