10 İyul 2015 19:05
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin şimalındakı Mimensinqx şəhərində pulsuz paltar paylanılarkən yaranmış basabas vaxtı ən azı 23 adam ölüb.

Teleqraf.com BBC-yə istinadən xəbər verr ki, hadisə zamanı 50-dan artıq adam xəsarət alıb.

İnsident yerli tikiş fabrikinin pulsuz paltar paylamaq qərarından sonra baş verib. Məlumata əsasən, elandan sonra fabrikin ensiz qapısında toplaşan kütlə arasında basabas yaranıb.

Hazırda hadisə ilə bağlı istintaq aparılır. Polis müəssisə rəhbəri də daxil olmaqla 7 nəfərin həbs edildiyini bildirib.

Samir


Müəllif: