13 İyul 2015 11:02
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniyanın keçmiş kansleri Gerhard Şröderi izləyib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, jurnalistlər Milli Təhlükəsizlik Agentliyinin bu fəaliyyəti ilə Putinin yaxın ətrafı barədə məlumat toplamaq istəyiblər.

Şreder yalnız Almaniya hökumətinə rəhbərlik etdiyi dövrdə deyil, ondan sonra da izlənilib. Bu barədə Almaniyanın "Bild" qəzeti Amerika xüsusi xidmət orqanlarına istinadən bildirib.

Спецслужбы США через слежку за экс-канцлером ФРГ пытались выйти на ближний круг Путина
Qeyd edək ki, Şröder kansler postindan 2005-ci ildə gedib. 2006-cı ilin martında isə Nord Stream AG şirkətinin səhmdarlar komitəsinin sədri kimi fəaliyyətə başlayıb. Bu şirkətə "Qazprom" tərəfindən nəzarət edilir. Nord Stream AG Baltik dənizinin dibi ilə qaz kəmərinin tikintisi və Rusiya qazının Avropanın şimalına çatdırılması ilə məşğul olur.

Qeyd edək ki, Şröder Nord Stream AG şirkətinin rəhbərliyinə keçdikdən sonra korrupsiyada ittiham olunub. O, Rusiya və Almaniya arasında Nord Stream qaz kəmərinin çəkilməsi barədə razılaşma əldə olunduqdan yarım ilə sonra bu şirkətə rəhbərlik etməyə başlayıb.

Герхард Шредер и Владимир Путин, сентябрь 2005 года
Putin və Şröder arasında dostluq münasibətləri mövcuddur. 2014-cü ilin aprelində Ukrayna böhranı dərinləşdiyi bir vaxtda Şröder öz ad gününü Putinlə birlikdə Sankt-Peterburqda qeyd edib. Şröder 70 illik yubileyi münasibətilə Nord Stream AG təntənəli qəbul təşkil edib. Dəbdəbəli ad günü Yusupovsk sarayında baş tutub.

Putindən başqa ad günündə "Rosneft"in və "Qazprom"un direktorları - Mattis Varniq və Aleksey Miller də iştirak ediblər.

Almaniya müxalifəti və KİV Şröder Ukrayna böranı zamanı Rusiyada belə dəbdəbəli ad günü keçirdiyi üçün tənqid edib. Şröder isə bu tənqidə qarşı çıxaraq, Putinin persona non qrata olmadığını bəyan edib.

Герхард Шредер
Ukrayna böhranının gərgin vaxtlarında Şröder hər zaman Putini dəstəkləyib. O, ötən il Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını tənqid edib. Şröder bildirib ki, sanksiya siyasəti böyük bir ölkə ilə dialoqa kömək etməyəcək.

2015-ci ilin iyununda isə alman siyasətçi G7 sammitinə qatılmaq üçün Rusiyaya getməkdən imtina edən "Böyük yeddilik" liderlərini tənqid edib.

Nihad


Müəllif: