Hindistanın qərbindəki Maharaştra əyalətinin Yalna şəhərində qəribə olay baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polisə gələn 17 yaşlı qız meşəlikdə zorlandığını bildirib. Hadisə yeniyetmə qızla sevgilisinin gəzməyə çıxdığı zaman baş verib. İki nəfər təcavüzkar onlara yaxınlaşaraq, oğlanı döyüb. Qızı meşəliyə aparan şəxslər onu orada zorlayıb və olanları mobil telefonun kamerası ilə lentə alıblar.
Daha sonra təcavüzkarlar qızın ailəsinə zəng edərək, videonun internetdə yayılmamsı üçün pul tələb ediblər. Bu zaman polis cinayətkarları yaxalamaq üçün qızdan “yem” kimi istifadə etmək qərarına gəlib. Pulu qızla təcavüzkarlara göndərən polis görüş məkanının kənarında növbə çəkib. Cinayətkarlar pulu götürdükdən sonra polisin yaxınlıqda olduğunu bilsələr də, qızı meşəliyin dərinliyinə apararaq, daha bir dəfə zorlayıblar. Onların ardınca düşən polis izi itirdiyindən təcavüzkarları həbs edə bilməyib.
Hadisədən sonra qaçmağa nail olan təcavüzkarlar qatar stansiyalarından birində saxlanılıb. Yalna polis rəisi isə səriştəsizlik üzündən işdən uzaqlaşdırılıb.
Elvin